Daha bir nəfər quyuya düşdü

08.07.2025

Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

Abşeron rayonunda bədbəxt hadisə baş verib.

Milli.Az xəbər verir ki, iyulun 6-sı saat 22 radələrində 1956-cı il təvəllüdlü Rza Əhəd oğlu Nəcəfov yaşadığı Fatmayı qəsəbəsindəki evin yaxınlığında boş quyuya düşüb.

Müxtəlif dərəcəli xəsarətlər alan 69 yaşlı kişi xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilib.

Faktla bağlı araşdırmalar aparılır.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью