Icma.az, Lent az portalına istinadən məlumat yayır.
Araz çayının İmişli rayonundan keçən hissəsində bir nəfər batıb.
Hadisə günorta saatlarında Araz çayının Göbəktala kəndi ərazisindən keçən hissəsində baş verib.
Balıq tutarkən qəfil çaya yıxılan 30 yaşlı Elgün Həsənov boğulub.
Hazırda onun axtarışlarına FHN dalğıcları cəlb olunub./ APA