Icma.az, Sia Az portalına istinadən məlumat verir.
Hörmüz boğazında neft tankeri minaya düşüb, partlayışdan sonra gəmidə yanğın baş verib. SİA xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) istinadən IRIB məlumat yayıb.
"Bir saat əvvəl Hörmüz boğazının şərqindəki qadağan olunmuş ərazidə qaydaları pozan bir neft tankeri dəniz minasına çırpılması nəticəsində yanğına məruz qalıb və dayandırılıb", - məlumatda bildirilib.
SEPAH neft tankerinin naviqasiya sistemlərinin söndürüldüyünü iddia edir: "Bu strateji keçiddən keçmək istəyən bütün gəmilər əvvəlcə İran Silahlı Qüvvələri ilə lazımi koordinasiyanı həyata keçirməli, icazə verilən dəniz yolları ilə hərəkət etməli və bütün marşrut boyu öz tanınma, izləmə, yönləndirmə sistemlərini aktiv saxlamalıdır.
Mətləb