Daha bir ölkə avroya keçə bilər

05.06.2025

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bolqarıstan 2026-cı il yanvarın 1-dən avroya keçə bilər.

Oxu.Az RBK-ya istinadla xəbər verir ki, ölkə Avropa Komissiyası və Avropa Mərkəzi Bankından müvafiq icazəni alıb.

Bununla da o, Avropa İttifaqının avrozonaya qoşulmuş 21-ci üzv dövləti olacaq.

Avropa Mərkəzi Bankının bəyanatında bildirilir ki, Bolqarıstan vahid Avropa valyutasına keçid üçün bütün zəruri meyarlara cavab verir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью