Daha bir ölkə Bakı İrəvan razılaşmasını alqışladı

17.03.2025

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

İsveç Xarici İşlər Nazirliyi Ermənistan və Azərbaycan arasında sülh sazişinin mətni üzrə danışıqların başa çatmasını alqışlayıb.

Axar.az xəbər verir ki, bu barədə İsveç Xarici İşlər Nazirliyinin X səhifəsində məlumat yayılıb.

“İsveç Ermənistan və Azərbaycanın sülh müqaviləsinin mətni üzrə razılığa gəlməsi xəbərini alqışlayır və regionda davamlı sülh, sabitlik və firavanlığa töhfə vermək üçün onun tezliklə imzalanmasına çağırır”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, daha əvvəl Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sülh sazişinin mətni üzrə danışıqlar prosesinin yekunlaşdığını açıqlamışdı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью