Daha bir ölkə Beynəlxalq Cinayət Məhkəməsindən çıxır

17.09.2026

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Tacikistan Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) üzvlüyündən çıxmaq niyyətindədir.

Modern.az xəbər verir ki, bu barədə Tacikistan parlamentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, ölkənin BCM-dən çıxmasını nəzərdə tutan qanun layihəsi parlamentin aşağı palatasına təqdim edilib.

Qeyd edək ki, 2025-ci ildə Avropa İttifaqı Tacikistanı Rusiya Prezidenti Vladimir Putinlə bağlı BCM-nin həbs qərarını icra etməməkdə ittiham edib. Aİ həmin vaxt Tacikistanın Roma Statutunun iştirakçısı olduğunu və buna görə də məhkəmənin qərarları ilə bağlı müəyyən öhdəliklər daşıdığını bildirmişdi.

Tacikistanın BCM-dən çıxması ilə bağlı qanun layihəsinin parlamentdə müzakirə olunacağı gözlənilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью