Daha bir ölkə İrana qarşı müharibəyə qoşulur

02.03.2026

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Böyük Britaniyanın Baş naziri Kir Starmer sosial media hesabında paylaşdığı videomüraciətində Yaxın Şərqdəki vəziyyətdən bəhs edib.

"Cebheinfo.az" xəbər verir ki, Baş nazir Starmer İranın hücum etdiyi ölkələrdə təxminən 200 min Britaniya vətəndaşının olduğunu bildirərək, həmin şəxsləri dəstəkləmək üçün əllərindən gələni edəcəklərini qeyd edib.

Regionda yerləşdirilmiş Britaniya Silahlı Qüvvələrinin də İranın fəaliyyətləri səbəbindən risk altında olduğuna diqqət çəkən Starmer, Tehranın mövqeyinin getdikcə daha ehtiyatsız xarakter aldığını vurğulayıb.

Böyük Britaniyanın İrana qarşı birbaşa hücumlarda iştirak etməmək qərarının "şüurlu bir seçim" olduğunu bildirən Starmer, bunun ən mühüm səbəbinin region və dünya üçün ən yaxşı yolun danışıqlar vasitəsilə həllinə olan inamları olduğunu ifadə edib.

Starmer bu həll yolunun şərtinin İranın nüvə silahı hazırlamaq hədəfindən daşınması olduğunu, lakin buna baxmayaraq, İranın Britaniya maraqlarına zərər verdiyini, Britaniya xalqını və bölgədəki müttəfiqlərini böyük risk qarşısında qoyduğunu söyləyib.

Bu qərarın beynəlxalq hüquqa uyğun olduğunu müdafiə edən Starmer İrana qarşı hücumlara daxil olmadıqlarını, lakin bölgədəki müdafiə tədbirlərinə davam edəcəklərini vurğulayıb.
"Həmçinin Körfəzdəki tərəfdaşlarımıza onlara hücum edən İran PUA-larını vurmağa kömək etmək üçün Ukraynadan olan mütəxəssisləri öz ekspertlərimizlə bir araya gətirəcəyik", - Starmer əlavə edib.

İraqda yol verilən səhvləri xatırladan Starmer: 

"Biz bundan dərs çıxarmışıq. İrana qarşı ilk hücumlarda iştirak etmədik və indi də hücum əməliyyatlarına qoşulmayacağıq. Lakin İran yandırıb-yaxma strategiyası izləyir. Bu səbəbdən bölgədəki müttəfiqlərimizin və xalqımızın kollektiv özünümüdafiəsini dəstəkləyirik", - deyə bildirib.

Britaniya mətbuatının yazdığına görə, London ABŞ-yə Hind okeanındakı "Dieqo Qarsiya" bazası və Feyforddakı Britaniya Kral Hərbi Hava Qüvvələrinin (RAF) bazasından istifadə etməyə icazə verib.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью