Daha bir ölkə işçilərini İrandan çıxartdı

20.06.2025

Icma.az bildirir, Turkstan.az portalına istinadən.

İngiltərə İsrailin İrana hücumları ilə başlayan münaqişədən sonra bölgədəki təhlükəsizlik vəziyyəti ilə əlaqədar olaraq İrandakı səfirliyindəki Britaniya işçilərini müvəqqəti olaraq geri çəkdiyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, Böyük Britaniya Xarici İşlər Nazirliyinin yenilənmiş səyahət məsləhətində deyilir: " Böyük Britaniya öz işçilərini müvəqqəti olaraq İrandan çıxarmaq üçün ehtiyat tədbirləri görüb. Səfirliyimiz uzaqdan işləməyə davam edir."
Bundan əlavə, Böyük Britaniyanın Xarici İşlər Naziri David Lammy X sosial media platformasındakı yazısında hava məkanı yenidən açıldıqda Britaniya vətəndaşları üçün Təl-Əvivdən çarter reysləri təşkil edəcəklərini açıqladı.
Lammy Britaniya vətəndaşlarını İsraildə olduqlarını bildirməyə çağırıb ki, onlar təlimat ala bilsinlər.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью