Daha bir ölkə öz vətəndaşlarını İrandan qaçmağa çağırdı

21.02.2026

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Serbiya Xarici İşlər Nazirliyi hazırda İranda olan Serbiya vətəndaşlarına çağırış edib.
Modern.az xəbər verir ki, Serbiya Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir:
"Artan gərginlik və təhlükəsizlik vəziyyətinin pisləşmə riski səbəbindən hazırda İran İslam Respublikasında olan bütün Serbiya vətəndaşlarına ölkəni mümkün qədər tez tərk etmələri tövsiyə olunur".
Qeyd edək ki, İran ətrafında gərginlik hər ötən gün artır. ABŞ təyyarələrinin tezliklə İranı vura biləcəyi barədə ehtimallar səsləndirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью