Daha bir ölkə Rusiyadan silah tədarükünü dayandırdı

08.01.2025

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Serbiya Rusiyadan silah tədarükü ilə bağlı bəzi razılaşmalardan imtina edib.

Globalinfo.az xəbər verir ki, bunu Serbiya Silahlıə Qüvvələrinin Baş Qərargah rəisi general Milan Moysiloviç deyib.

“Rusiyadan hazırda silah tədarükü mümkün deyil. Biz bəzi razılaşmaları ləğv etmişik, bəzilərini isə qlobal səviyyədə beynəxalq münasibətlər normallaşana qədər təxirə salmışıq”, – general bildirib.

Qeyd edək ki, Ukrayna müharibəsi başlayandan Rusiyanın dünya silah bazarında yeri kəskin azalıb. Moskvanın Azərbaycan da daxil olmaqla bir sıra ölkələrin sifarişlərini zamanında yerinə yetirmək imkanları azalıb.

Əliyar Xəlil
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью