Daha bir ölkə seçimini etdi

19.01.2026

Icma.az bildirir, Axsham.az saytına əsaslanaraq.

"Avroviziya 2026" mahnı müsabiqəsində iştirak edəcək daha bir ölkə təmsilçisinin adını açıqlayıb.

Axşam.az xəbər verir ki, Maltanı Aidan adlı ifaçı "Bella" mahnısı ilə təmsil edəcək. 

Qeyd edək ki, ötən il müsabiqədə 436 balla Avstriya - "JJ" ləqəbi ilə tanınan Yohannes Piç adlı müğənni “Wasted love” mahnısı ilə birinci olub. "Avroviziya" müsabiqəsi 2026-cı il mayın 12, 14 və 16-da planlaşdırılıb. Musiqili tədbirin ev sahibi Vyana olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью