Daha bir ölkə səfirliyini Qüdsə köçürür

30.05.2025

Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Çexiya İsraildəki səfirliyini Təl-Əvivdən Qüdsə köçürür.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Petr Fiala məlumat verib.

Baş nazirin sözlərinə görə, bu addım Qəzza zolağında münaqişənin qaynar mərhələsi başa çatdıqdan sonra atılmalıdır. “Biz bir az səbir göstərəcəyik, lakin eyni zamanda, doğru an gələn kimi bu addımı atmağa hazır olacağıq”, - deyə o bildirib. 

Bu halda Çexiya ABŞ-dən sonra dünyanın əksər ölkələri kimi Tel-Əvivdə deyil, Qüdsdə səfirliyi olan ilk Aİ ölkəsi və ikinci NATO ölkəsi olacaq.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью