Daha bir ölkə Ukrayna sərvətlərinə göz dikdi Trampa rəqib

24.02.2025

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Almaniya da Ukraynanın nadir torpaq metallarını əldə etmək istəyir.

Globalinfo.az xəbər verir ki, bunu alman politoloq Harli Şlanqer “İzvestiya” nəşrinə müsahibəsində deyib.

“Xristian Demokrat İttifaqından Almaniya kansleri seçilən Fridrix Mertz də Ukraynanın təbii sərvətlərinə çıxışı təmin etməyə çalışır. O, xammalın bir hissəsini Ukraynadan almağa və müqavilə bağlamağa çalışacaq”, – deyə politoloq bildirib.

H.Şlanqerin fikrincə, yeni kansler bu məsələdə ABŞ Prezidenti Donald Trampla rəqabət aparacaq.

Qeyd edək ki, Almaniyada keçirilən seçkilərdə Xristian İttifaqı (CDU/CSU) partiyaları qələbə qazanıb.

Əliyar Xəlil
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью