Daha bir ölkə Ukraynadakı səfirliyini BAĞLADI

20.11.2024

Icma.az, News24 portalına istinadən məlumat verir.

İspaniyanın Kiyevdəki səfirliyi fəaliyyətini dayandırıb.

News24.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.

Qeyd olunub ki, İspaniyanın Kiyevdəki səfirliyi mümkün təhlükəsizlik təhdidləri səbəbindən bir günlük xidmət göstərməyəcəyini elan edib.

Bu qərar Ukraynada təhlükəsizliyin kəskin şəkildə pisləşməsi ilə əlaqədar qəbul edilib.

Xatırladaq ki, ABŞ-ın Kiyevdəki səfirliyi də böyük miqyaslı hava hücumunun gözlənildiyi barədə məlumat alıb və fəaliyyətini dayandırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью