Daha bir ölkə Ukraynadan üz döndərdi Yardım verilməyəcək

19.11.2026

Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Portuqaliya Ukraynaya F-16 qırıcı təyyarələrinin təhvil verilməsi ilə bağlı planları dəstəkləmir.

Turkustan.az xəbər verir ki, bunu Portuqaliyanın xarici işlər naziri Paulo Rangel bildirib. Lissabon bu qərarını ölkənin öz müdafiə ehtiyacları ilə əsaslandırıb.

Nazir ölkənin silahlanmasında olan F-16 qırıcıları milli təhlükəsizliyin təmin edilməsi, hava məkanının və dəniz ərazilərinin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Bu səbəbdən həmin təyyarələrin Ukraynaya verilməsi mümkün deyil.

Onun sözlərinə görə, Portuqaliya Ukraynaya hərbi dəstəyini tamamilə dayandırmaq niyyətində deyil. Əksinə, Lissabon Kiyevə digər istiqamətlərdə yardım göstərməyə hazırdır.

Rangel qeyd edib ki, Portuqaliya ukraynalı pilotların F-16 qırıcılarından istifadə üzrə hazırlıq prosesinə dəstəyini davam etdirə bilər. Bundan əlavə, Ukraynanın istifadəsində olan bu tip təyyarələr üçün sursat təchizatı məsələsi də nəzərdən keçirilir./Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью