Daha bir ölkə ÜST dən çıxmaq istəyir

06.02.2025

Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Argentina Prezidenti Xavyer Miley ölkənin Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxması barədə göstəriş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə respublika hökumətinin rəsmi nümayəndəsi Manuel Adorni bildirib.
Onun sözlərinə görə, Prezident Xavyer Miley Argentinanın Ümumdünya Səhiyyə Təşkilatından çıxması ilə bağlı xarici işlər naziri Gerardo Verteynə göstəriş verib.
Səbəblər arasında o, ilk növbədə, COVID-19 pandemiyası zamanı səhiyyə siyasəti ilə bağlı dərin fikir ayrılıqlarını qeyd edib.
“Argentinalılar beynəlxalq təşkilatın bizim suverenliyimizə, xüsusən də səhiyyəyə müdaxiləsinə icazə verməyəcəklər”, - deyə Adorni əlavə edib.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью