Avtosfer saytına istinadən Icma.az xəbər verir.
Nigeriyada Ebola virusuna ilk yoluxma təsdiqlənib.
Avtosfer.az xəbər verir ki, virus Uqandadan təyyarə ilə paytaxt Abucaya gələn qadında aşkarlanıb. Nigeriya Səhiyyə Nazirliyi qadının xəstəxanaya yerləşdirildiyini bildirib. Onunla təmasda olmuş 44 nəfər də nəzarətdə saxlanılır.
Uqanda Səhiyyə Nazirliyi məlumat yayıb ki, yoluxmuş qadın ölkə ərazisindən tranzit məqsədi ilə istifadə edib. O, daha əvvəl Konqo Demokratik Respublikasının şərqinə səfərə gedib.
Rəsmi statistikaya görə, Ebola virusu Konqo Demokratik Respublikasında 4000-dən çox adamın ölümünə səbəb olub.
Vüqar