Daha bir ölkədə Ebola həyəcanı

31.05.2026

Icma.az, Olke.az saytına istinadən bildirir.

Braziliyanın San-Paulu ştatının səhiyyə orqanları Ebola qızdırmasına şübhəli sayılan bir yoluxma halını araşdırır.

"Ölkə.az" xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Məlumata görə, hazırda Ebola epidemiyasının qeydə alındığı Konqo Demokratik Respublikasına səfərdən sonra bir kişinin hərarəti yüksəlib.

Rəsmi açıqlamada bildirilir ki, pasiyent yoluxucu xəstəliklərə şübhəli bilinən və ya təsdiqlənmiş halları olan xəstələrin nəzarətdə saxlanıldığı ixtisaslaşdırılmış xəstəxanada təcrid edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью