Daha bir ölkədə güclü zəlzələ oldu Sunami gözlənilir

05.04.2025

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

Papua-Yeni Qvineya sahillərində 7,2 bal gücündə zəlzələ baş verib.

"Unikal" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) saytında məlumat verilib.

Agentliyin məlumatına görə, yeraltı təkanlar əhalisi 18 min nəfərdən çox olan Kimbe şəhərindən 182 kilometr cənub-şərqdə qeydə alınıb. Zəlzələnin ocağı 49 kilometr dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami xəbərdarlığı edilib. 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью