Daha bir ölkədə təyyarə qəzası oldu

10.01.2025

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Braziliyanın San-Paulu əyalətinin Ubatuba şəhərindəki Kruzeyro çimərliyində kiçik təyyarə qəzaya uğrayıb.

“Cebheinfo.az” xəbər verir ki, ikisi uşaq olmaqla 4 sərnişinin olduğu təyyarənin qəzaya uğraması nəticəsində pilot həyatını itirib.

Qəza zamanı təyyarədə olan 4 sərnişin və çimərlikdə olan 1 qadın xəsarət alıb.

Yaralıların xəstəxanaya çatdırıldığı, sağlamlıqlarının yaxşı olduğu açıqlanıb.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью