Daha bir ölkədə TikTok qadağan ediləcək

22.12.2024

Metbuat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Gələn aydan etibarən “TikTok” sosial şəbəkəsi Albaniyada azı bir il müddətinə qadağan ediləcək.

Metbuat.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Edi Rama müəllimlərlə görüşündə bildirib. Paralel olaraq şagirdlərin təhsil almasına kömək edən proqram təminatları hazırlanacaq.

“Çində “TikTok”da tələbələrə dərslərinə hazırlaşmağın, ətraf mühiti və ənənələri qorumağın yolları öyrədilir. Çindən kənarda isə bunun tam əksidir” – deyə hökumət başçısı bildirib.

Hökuməti bu addımı atmağa ötən ay paytaxt Tiranada şagirdlər arasında sosial şəbəkədə başlayan mübahisənin 2 məktəblinin ölməsi ilə nəticələnməsi vadar edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью