Daha bir Prezident ABŞ a meydan oxudu

21.08.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Braziliya ABŞ-nin digər ölkələrlə əməkdaşlığına müdaxilə və təzyiq cəhdlərinə baxmayaraq, Rusiya ilə strateji tərəfdaşlığını gücləndirmək niyyətindədir.

“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, Braziliya Prezidenti Luis İnasio Lula da Silvanın müttəfiqi və İşçi Partiyasının baş ideoloqu Xose Dirseu TASS-a müsahibəsində bildirib ki, ölkəsi Moskva və Pekinlə strateji əlaqələr qurmaq hüququnun məhdudlaşdırılmasına dözməyəcək.

Onun sözlərinə görə, Vaşinqton hazırda Rusiyanı və Çini Latın Amerikasından sıxışdırıb çıxarmağa çalışır. Lakin Dirseu qeyd edib ki, nə Rusiya, nə də Çin Braziliyanın daxili işlərinə müdaxilə edib və ölkə üçün təhlükəsizlik təhdidi yaradıb.

Siyasətçi vurğulayıb ki, Braziliya Rusiya ilə iqtisadiyyat, mədəniyyət və elm sahələrində əməkdaşlığı genişləndirməli, həmçinin BRICS platformasından daha fəal istifadə etməlidir.

Dirseu həmçinin bildirib ki, Braziliya nüvə enerjisi sahəsində Rusiyanın təcrübəsindən yararlanmağa ehtiyac duyur.

Aişə
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью