Daha bir qanunsuz tikili söküldü Video

27.11.2024

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Quba rayonunda qanunsuz tikili sökülüb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb.

Belə ki, Quba Rayon İcra Hakimiyyəti tərəfindən rayon mərkəzində kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.

Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti və Quba Rayon İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью