Daha bir qəzada azyaşlılar xəsarət aldı

19.01.2025

Metbuat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yanvarın 18-də hadisə Saray qəsəbəsində yolu keçmək istəyən atanı və onun azyaşlı oğullarının avtomobil vurub.

Metbuat.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

M\lumata görə, saat 14:00 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 1992-ci il təvəllüdlü 1 nəfər (kişi cinsli), Uşaq Xəstəxanasına isə 2018 və 2019-cu il təvəllüdlü 2 nəfər (kişi cinsli) hospitalizasiya olunub.

Sağ qasıq oturaq sümüyünün sınığı diaqnozu təyin edilən 1992-ci il təvəllüdlü şəxs tibb müəssisəsinin Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır.

Müxtəlif xəsarət alan uşaqlar isə Uşaq Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Müalicələri davam etdirilir, vəziyyətləri stabildir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью