Daha bir rayonda çaqqallar kənd sakinlərinə hücum edib: Yaralananlar var

10.08.2025

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xaçmazda bir neçə çaqqal kənd sakinlərinə hücum edib.

"Ölkə.az" "Report"a istinadən xəbər verir ki, hadisə Xaçmaz rayonunun Əhmədoba kəndində baş verib.

Çaqqallar həyətyanı sahəyə girərək, bağda fındıq yığan 3 nəfərə hücum edib, onları dişləyib.

Belə ki, xəsarət alan kənd sakinləri - 1956-cı il təvəllüdlü V.Məmmədəliyeva, 1971-ci il təvəllüdlü İ.Hacıyev və 1971-ci il təvəllüdlü X.Quliyeva Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Yaralılara ilkin tibbi yardım göstərilib, onlara quduzluq əleyhinə vaksin vurulub.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью