Daha bir rayonda yasda ehsan verilməsi ləğv edildi

28.06.2025

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Göygöl rayonu və kəndlərində yas mərasimlərində ehsan verilməsi ləğv edilib.

Bu barədə Trend-ə yerli sakinlər məlumat verib.

Bildirilib ki, ağsaqqalların ümumi qərarı ilə yas mərasimində təkcə çay süfrəsi açılır və dəbdəbəli yemək süfrəsi ləğv olunub.

Qeyd edək ki, analoji qayda ölkəmizdə artıq bir neçə rayonda da tətbiq olunub.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью