Daha bir şəhidimizin dəfn mərasimi keçirilib

19.03.2025

Icma.az, Reyting.az portalına istinadən məlumat yayır.


Birinci Qarabağ müharibəsində itkin düşən Atakişi Atayevin qalıqları Bakıda dəfn olunub.
Reyting.az
xəbər verir ki, şəhidlə vida mərasimi keçirilib.
Vida mərasimində ictimaiyyət nümayəndələri, hərbçilər, şəhidin yaxınları və digər şəxslər iştirak edib.
Vida mərasimindən sonra şəhid Atakişi Atayevin qalıqları Bakının Keşlə qəsəbəsində dəfn olunub.
Qeyd edək ki, Atakişi Qəhrəman oğlu Atayev 1992-ci ildə Xocalının Naxçıvanlı kəndi istiqamətində itkin düşüb.(APA)



Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью