Daha bir sərbəst güləşçimiz Gimnaziadada qızıl medala yiyələnib

07.04.2025

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Luçani, 6 aprel, Cavid Əliyev, AZƏRTAC

Azərbaycanın sərbəst güləş komandası Serbiyada keçirilən Gimnaziada İdman Oyunlarında ikinci qızıl medalını qazanıb.

AZƏRTAC xəbər verir ki, 44 kiloqram çəki dərəcəsində mübarizə aparan İbrahim Həsənov fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Qeyd edək ki, daha əvvəl 38 kiloqramda Elman İsmayılov qızıl, Hüseyn Rzazadə isə gümüş medal (41 kiloqram) qazanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью