Daha bir sığınacaqda olay: Atasının aparmadığı qız itkin düşdü

20.11.2025

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Sığınacaqlara yerləşdirilən uşaqların əksəriyyəti valideyn biganəliyi və ya  zorakılığı səbəbindən reabilitasiya keçir. Valideyn hüququ məhdudlaşdırılmır. Əlbəttə ki, aidiyyəti qurumların  humanist "damarı" tutduğu üçün məhdudlaşdırma və ya məhrum etmə olmur. Reabilitasiya başlayandan uşaqla ailənin ünsiyyəti istiqamətində iş aparılır, uşağa qarşı birbaşa cinayət faktı yoxdursa, belə edilir. Ən ağır məqam da bilirsiniz hansıdır? Reabilitasiya bitir, valideyn uşağına ümid verir ki, gəlib səni aparacağam. Aparmaq əvəzinə isə zəng vurub deyir ki, yox, fikrimi dəyişdim".

"Cebheinfo.az" xəbər verir ki,  bunu uşaq sığınacağının rəhbəri Kəmalə Ağazadə deyib.

O bildirib ki,  bu zaman o uşağın ümidləri ilə ruhu da gedir:

"Nurcan kimi...Bu hekayənin biri də hal-hazırda bizdədir...

Ata bir neçə gün öncə bizə  zəng vurub bildirib ki, gedirəm  Sosial Xidmətlər Agentliyində ərizə yazım, gəlim qızımı aparım, təhsilini evdən davam etsin. Daha 2 gün sonra isə yenə zəng vurub ki, bağışlayın, apara bilmərəm, qalsın 18 yaşı tamam olanadək oxusun, sonra gələr...

Hansı sonra? Bu gün qız məktəbdən qayıtmayıb...

Bir az öncə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi 102 xidmətinə itkin düşmə ilə məlumat vermişik.

Bu uşaqların ümidləri ilə ruhları da gedir... Nə olar ümidlərini boşa çıxartmayın ki, ruhu hopmuş paltarları qucaqlamayaq...
İnşallah ki, qızımız sağ salamat tapılar..."

Xatırladaq ki, bu gün qadın və uşaq sığınacağında 16 yaşlı Nurcan 4 -cü mərtəbədən yıxılaraq ölüb.  Nurcanın  atası övladından imtina etmişdi. 

Xəzər 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью