Daha bir siyasi partiya bağlanır Məhkəməsi keçiriləcək

06.12.2024

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, Ədliyyə Nazirliyi Azad Demokratlar Partiyasının ləğv edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Modern.az-ın əldə etdiyi məlumata görə, bu gün işlə bağlı şifahi məhkəmə baxışı keçiriləcək.

Məhkəmə baxışı saat 14:30-a təyin edilib.

Qeyd edək ki, iş Bakı Apellyasiya Məhkəməsində hakim Nigar Nəbizadənin sədrlik etdiyi heyətin icraatındadır.

Qeyd edək ki, Azad Demokratlar Partiyası 6 iyul 2014-cü ildən fəaliyyət göstərirdi. Partiyanın qurucusu və sədri Sülhəddin Əkbərdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью