Daha bir supertanker minaya düşdü

30.10.2026

Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Bu gün 2 milyon bareldən çox neft daşıyan supertanker Hörmüz boğazında icazəsiz marşrut üzrə hərəkət edərkən dəniz minasına düşüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin İctimaiyyətlə Əlaqələr Departamenti məlumat verib.
”Bu, icazəsiz marşrutdan keçdikdən sonra partlayan və alovlanan üçüncü tankerdir. 2 milyon bareldən çox neft daşıyan bu supertanker Hörmüz boğazının mənsəbində tərk edilib və yanır”, - SEPAH İctimaiyyətlə Əlaqələr Departamenti bildirib.
Qeyd edək ki, bundan əvvəl SEPAH Hörmüz boğazının cənub sularında icazəsiz marşrutla hərəkət etməyə cəhd edən və dayanan iki tankerlə bağlı incident barədə məlumat vermişdi.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью