Daha bir tanınmış jurnalistə vəzifə verildi FOTO

04.12.2024

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Tanınmış jurnalist Cəmaləddin Quliyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində vəzifəyə təyin olunub.

Ölkə.az modern.az-a istinadən xəbər verir ki, C.Quliyev Dövlət Komitəsində sektor müdiri vəzifəsinə təyinat alıb.

C.Quliyev əvvəllər "Paritet" qəzetinin baş redaktoru, Prezident Administrasiyasında İctimai-siyasi məsələlər şöbəsinin Mətbuat və informasiya orqanları ilə iş sektorunun müdiri vəzifəsində çalışıb.

Cəmaləddin Quliyev son vaxtlar İran, Türkiyə, Şimali Afrika, Orta Şərqlə bağlı KİV-lər üçün çoxsaylı analitik yazılar və şərhlərlə diqqəti cəlb edirdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью