Daha bir terrorçu təslim oldu

19.12.2024

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyə ordusu PKK terror təşkilatına qarşı əməliyyat tədbirlərini davam etdirir.
Bakıvaxtı.az  
"TRT Haber"ə istinadən xəbər verir ki, terror təşkilatının sui-qəsdçilərindən biri Şanlıurfada keçirilən əməliyyat zamanı inandırma söhbəti nəticəsində təslim olub.
Türkiyə polisi və Milli Kəşfiyyat İdarəsinin (MİT) apardığı araşdırma nəticəsində məlum olub ki, o, 2018-ci ildə PKK terror təşkilatı sıralarına qoşulub.
Terror təşkilatından qaçan M.A sərhəddə təhlükəsizlik qüvvələrinə təslim olub.
Nuriyyə Musayeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью