Daha bir təyyarə olayı: Bu dəfə bomba həyəcanı yaşandı

09.01.2025

Icma.az bildirir, Gununsesi portalına istinadən.

Nijnekamsk-Moskva reysi ilə uçan sərnişin təyyarəsində bomba həyəcanı yaşanıb.

Gununsesi.info xəbər verir ki, sərnişinlərdən biri təyyarədə iki partlayıcı qurğunun olduğunu deyib.

Təyyarə Şeremetyevo hava limanında məcburi eniş edib. Həmin şəxs saxlanılıb.

Öz növbəsində SHOT Teleqram kanalı sərnişinin sərxoş olduğunu yazıb.

Eyni zamanda sərxoş kişi uçuş zamanı onu sakitləşdirməyə çalışan sərnişinlərdən birini vurub.

Təyyarəyə baxış keçirilərkən heç bir partlayıcı qurğu aşkar edilməyib.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью