Daha bir təyyarə qəzası HAMI ÖLDÜ

07.09.2026

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Avstraliyanın Kvinslend ştatında, Brisben şəhərinin cənubundakı kənd ərazisində yüngül təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.

Avtosfer.az xəbər verir ki,“Beech Bonanza” tipli təyyarə Arçerfild hava limanından havaya qalxdıqdan təxminən 10 dəqiqə sonra Stokli ərazisində yerləşən şəxsi mülkə düşüb.
Qəza nəticəsində pilot və sərnişin həlak olub. Təyyarənin düşdüyü ərazidə böyük yanğın baş verib.
Hakimiyyət orqanlarının məlumatına görə, təyyarənin qalıqları geniş əraziyə səpələnib, yanğın isə təxminən 300x400 metrlik sahəni əhatə edib. Hadisə yerinə bir neçə yanğınsöndürmə briqadası cəlb olunub. Alov yaxınlıqdakı evə çatmadan söndürülüb və yaşayış evinə ziyan dəyməyib.
Polis bildirib ki, ilkin mərhələdə təyyarənin uçuş zamanı hansı səbəbdən qəzaya uğradığı məlum deyil.
Avstraliya Nəqliyyat Təhlükəsizliyi Bürosu qəzanın səbəblərini müəyyənləşdirmək üçün araşdırmaya başlayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью