Daha bir təyyarə qəzası oldu VİDEO

29.12.2024

Operativ MM portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Cənubi Koreyanın Colla-Namdo əyalətindəki Muan hava limanında təyyarənin qəzaya uğraması nəticəsində azı 28 nəfər həlak olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Təyyarədə 175 sərnişin və 6 ekipaj üzvü olub. Belə ki, Banqkokdan gələn təyyarə eniş zolağından kənara çıxıb və hasara çırpılıb.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, quşlarla toqquşduğu üçün təyyarənin eniş mexanizmləri işləməyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью