Daha bir tiktoker cəzalandırıldı

29.10.2026

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik nümayiş etdirən, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik davranışlar sərgiləyən daha bir "TikTok" istifadəçisi həbs edilib.

"AzPolitika" "Unikal"a istinadən xəbər verir ki, Göyçay şəhər sakini, 1993-cü il təvəllüdlü Fidan Mahir qızı Hümbətova "TikTok" platformasında qeyri-etik yayımlarına görə polis tərəfindən saxlanılıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində kütləvi nümayiş etdirilən, ictimai mənəviyyatı təhqir edən və cəmiyyətə açıq hörmətsizlik ifadə edən hərəkətlərə, o cümlədən əxlaqsız ifadələrin səsləndirilməsinə, uyğun olmayan jestlərə və insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada nümayiş etdirilməsi) maddəsi ilə protokol tərtib edilərək iş aidiyyəti üzrə Göyçay Rayon Məhkəməsinə göndərilib.

Göyçay Rayon Məhkəməsinin qərarı ilə Fidan Hümbətova 500 manat məbləğində cərimə edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью