Daha bir tiktoker HƏBS EDİLDİ

26.01.2026

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“TikTok” sosial şəbəkəsində cəmiyyətə qarşı hörmətsizlik edən və qeyri-etik ifadələr işlədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Bizim.Media xəbər verir ki, Zəngilan rayon sakini 1984-cü il təvəllüdlü Habil Həsənov “TikTok” platformasında dostuna məxsus “Məmmədov Səmiyyədin” adlı səhifədə açılmış canlı yayım zamanı onu izləyən şəxslərin ünvanına təhqir xarakterli ifadələr səsləndirib.
 

H.Həsənov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib olunaraq baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.


Məhkəmənin qərarı ilə o, 15 sutka inzibati qaydada həbs edilib.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью