Daha bir tiktoker HƏBS OLUNDU

27.12.2024

Icma.az, Lent az saytına istinadən bildirir.

Azərbaycanda daha bir tiktoker həbs olunub.

Lent.az-ın məlumatına görə, Əlizadə Əsgər Səməndər oğlu barəsində Nərimanov rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Onun barəsində Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsilə cinayət işi başlanıb.

Hazırda araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью