Daha bir tiktoker həbs olundu Oyuncaq tapança ilə...

03.12.2024

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Oyuncaq tapança ilə Xırdalan şəhərində küçədə vətəndaşları qorxudub, videoya çəkərək “TikTok” sosial şəbəkəsində paylaşan şəxs həbs edilib. 

Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, 2004-cü il tarixdə Naxçıvan MR, Babək rayonu, Qoşadizə kəndində anadan olmuş Murad adlı tiktoker saxlanılıb.

Məlum olub ki, o, oyuncaq tapança alaraq zarafat məqsədi ilə Xırdalan şəhərində küçədə vətəndaşları qorxudub və bunu videoya çəkərək “TikTok” sosial şəbəkəsində paylaşıb.

O, saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə potokol tərtib edilib və iş məhkəməyə göndərilib.

Məhkəmədə təqsirləndirilən şəxs “Murad-85 ” adlı “TikTok” səhifəsində paylaşmaq üçün bu hərəkəti zarafat məqsədi ilə etdiyini deyib.

Məhkəmənin qərarı ilə Murad 7 gün müddətinə həbs edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью