Daha bir tiktoker söyüşə görə HƏBS OLUNDU

22.11.2026

Icma.az bildirir, Modern.az portalına istinadən.

Sosial şəbəkələrdə ictimai davranış qaydalarnı pozan daha bir şəxs məsuliyyətə cəlb olunub.

Modern.az-ın əldə etdiyi xəbərə görə, 43 yaşlı Murad Salmanov (şərti adla) tiktok sosial şəbəkəsində özünə məxsus səhifədə canlı yayım açıb. Canlı yayım zamanı o, nalayiq ifadələr səsləndirib və bununla da ictimai mənəviyyatı təhqir edən əməllərə yol verib.

M. Salmanov bu hərəkətinə görə polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsilə protokol tərtib olunub.

Murad Salmanov izahatında hadisə zamanı sərxoş olduğunu deyib. O, əməlindən peşman olduğunu bildirərək, barəsində yüngül cəza verilməsini istəyib.

Məhkəmənin qərarı ilə o, 8 gün müddətinə inzibati qaydada həbs olunub.

İlyas Turan

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью