Daha bir ulduz futbolçu karyerasını başa vurdu

09.12.2024

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Portuqaliya millisinin və "Mançester Yunayted"in sabiq futbolçusu Luiş Nani karyerasını başa vurub.

QOL.az xəbər verir ki, bu barədə 38 yaşlı yarımmüdafiəçi öz sosial şəbəkə hesabında məlumat yayıb.

Qeyd edək ki, “Sportinq”in yetirməsi olan Nani “Mançester Yunayted”, "Fənərbağça", "Valensiya", "Latsio", "Adana Dəmirspor" və ən sonda isə "Eştrela"da çıxış edib. Portuqaliya millisi ilə 2016-cı ildə Avropa çempionu olan nani yığmada 112 oyun keçirib və 24 qol vurub..

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью