Daha bir ünvanda 16 və 12 12 mərtəbəli çoxmənzilli binalar TİKİLƏCƏK

01.09.2025

Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.

Abşeronda yeni çoxmənzilli yaşayış kompleksinin tikintisi üçün tender elan edilib

"MİDA" MMC Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 4,5 hektar torpaq sahəsində yeni yaşayış kompleksinin inşası üçün açıq müsabiqə elan edib.

BAKU.WS-in məlumatına görə, layihə çərçivəsində 8 və 9 nömrəli 16 mərtəbəli, həmçinin 10, 11 və 12 nömrəli 12 mərtəbəli çoxmənzilli yaşayış binaları, eləcə də 13 nömrəli 1 mərtəbəli qeyri-yaşayış binasının tikintisi nəzərdə tutulur.

Binaların tikintisi başa çatdıqdan sonra Saray qəsəbəsində yeni mənzillərin satışa çıxarılması gözlənilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью