Daha bir veteran cüdoçumuz qızıl medal qazanıb

06.11.2024

Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanın daha bir veteran cüdoçusu ABŞ-nin Las-Veqas şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb.

Apasport.az xəbər verir ki, Mərdan Qədirli (90 kq) M1 yaş kateqoriyasında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

M3 kateqorisyasında çıxış edən İntiqam Ələkbərov (100 kq) bürünc mükafat əldə edib.

Qeyd edək ki, daha əvvəl Fərhad Rəcəbli (90 kq, M8) bütün rəqiblərinə qalib gələrək dünya çempionu olub. 

Cüdoçularımız ABŞ-də keçiriləcək dünya çempionatına hazırlaşırlar Bakı çempionları bəlli olub Veteran cüdoçularımız beynəlxalq turnirdə Cüdo üzrə Bakı çempionatında ilk günə yekun vurulub Yığmamızın heyəti bəlli olub
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью