Daha bir xəstəxanada onlayn növbə olacaq

29.06.2026

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində tibbi xidmətlərin daha əlçatan, operativ və vətəndaşyönümlü təşkili istiqamətində işlər davam etdirilir. 

Bu istiqamətdə növbəti addım olaraq Xətai Tibb Mərkəzində onlayn növbə sistemi istifadəyə verilib. 

"Cebheinfo.az" xəbər verir ki, yeni sistem vətəndaşların həkim qəbuluna əvvəlcədən qeydiyyatdan keçməsini asanlaşdırmaqla yanaşı, qəbul prosesinin daha çevik və səmərəli təşkilinə xidmət edir.

Onlayn növbə mexanizmi vətəndaşların gözləmə müddətinin azalmasına, tibb müəssisələrində sıxlığın tənzimlənməsinə və xidmətlərin daha rahat şəraitdə göstərilməsinə imkan verir. Bununla yanaşı, qəbul cədvəllərinin əvvəlcədən formalaşdırılması həkimlərin iş vaxtının daha səmərəli planlaşdırılmasına, qəbul prosesinin nizamlı təşkilinə və resurslardan daha effektiv istifadəyə şərait yaradır.

Hazırda Xətai Tibb Mərkəzində bütün ixtisaslar üzrə həkim qəbuluna onlayn növbə götürmək mümkündür. Vətəndaşların rahat şəkildə istiqamətləndirilməsi və qəbul prosesinin fasiləsiz təşkili məqsədilə sözügedən müəssisədə xüsusi məlumat monitorları mövcuddur. 

Həmçinin növbələrin operativ idarə olunması və vətəndaşlara zəruri dəstəyin göstərilməsi üçün məsul əməkdaşlar prosesə cəlb olunublar.

Qeyd edək ki, onlayn növbə sistemi bundan əvvəl Yeni Klinika, Abşeron Rayon Mərkəzi Xəstəxanası, Kliniki Tibbi Mərkəz və Nizami Tibb Mərkəzində tətbiq edilib. Xətai Tibb Mərkəzi isə bu sistemin aktivləşdirildiyi beşinci tibb müəssisəsidir.

TƏBİB tərəfindən vətəndaşların tibbi xidmətlərə çıxış imkanlarının daha da genişləndirilməsi, gözləmə müddətinin minimuma endirilməsi və xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə onlayn növbə sisteminin digər tabeli tibb müəssisələrində də mərhələli şəkildə tətbiqi davam etdiriləcək.

Gülər 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью