Daha bir yeniyetmə su kanalında can verdi

04.09.2025

Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Biləsuvar rayonunda yeniyetmə su kanalında boğulub.

Bakupost.az xəbər verir ki, hadisə rayonun Nərimankənd kəndindən qeydə alınıb.

Kənd sakini, 17 yaşlı Quluzadə İqbal İlqar oğlu Cənub Muğan kanalının üzərindən keçən zaman körpüdən kanala düşərək boğulub.

Yeniyetmənin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью