Daha bir yoldaşlıq oyunu keçirmək bizim üçün faydalı olardı QURBAN QURBANOV | Icma.az
Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir. "Oyun çox vacib qarşılaşmadır.
Az vaxtımız olsa da, bu müddət ərzində oyuna maksimum dərəcədə hazırlaşmağa çalışmışıq".
SİA-ya məlumat verir ki, bu sözləri UEFA Çempionlar Liqasında növbəti oyununa çıxan Qarabağ klubunun mətbuat konfransında klubun baş məşqçisi Qurban Qurbanov deyib.
Onun sözlərinə görə, təbii ki, imkan olsaydı, daha bir yoldaşlıq oyunu keçirmək bizim üçün faydalı olardı: "Amma mövcud şəraitdə əsas diqqətimizi qarşıdakı matça yönəltmişik.
İnanıram ki, sabahkı oyunda daha inamlı, daha istəkli və məsuliyyətli bir komanda görəcəksiniz.
Rəqib komandada da müəyyən dəyişikliklər olub, bu amil oyunun gedişinə təsir göstərə bilər.
Buna baxmayaraq, biz öz oyunumuzu düşünürük və meydana daha disiplinli, taktiki baxımdan düzgün çıxacağıq.
Məqsədimiz azarkeşlərimizi sevindirən bir oyun nümayiş etdirməkdir".
Tam oxu
Xəbəri oxu