Daha bir yük maşını yüksək məbləğdə CƏRİMƏLƏNDİ

20.06.2025

Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Çəkisi normaya uyğun olsa da vətəndaşa 1200 manat cərimə gəlib.

BAKU.WS Xezerxeber.az-a istinadən xəbər verir ki, sürücü Yusif Hüseynov deyir ki, Qızıl Daş postunda maşının yükü normalara uyğun olsa da Qaradağ postunda yükün çəkisi 2 tondan artıq gəlib. Daha sonra sürücü başqa bir tərəzidə yenidən yükün çəkisini yoxladıb. Həmin tərəzidə də yükün  standartlara uyğun olduğunu görüb.

Sürücü bildirir ki onunla bərabər bir neçə sürücünün də avtomobilinin çəkisi ağır gəlib. 18 ildir bu işi görən şəxs deyir ki, ilk dəfədir belə hal ilə üzləşir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью