Daha br müsəlman ölkəsində ölüm cəzası bərpa oluna bilər

04.10.2025

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qırğızıstan Prezidenti Sadır Japarov, ölkədə ölüm cəzasının bərpası ilə bağlı məsələnin ümumxalq səsverməsi - referendum yolu ilə həll edilə biləcəyini bildirib.

Milli.Az xəbər verir ki, dövlət başçısı bu barədə "Kabar" informasiya agentliyinə verdiyi müsahibədə danışıb.

Prezidentin sözlərinə görə, ölkə konstitusiyasına dəyişiklikləri nəzərdə tutan qanun layihəsi əvvəlcə ictimai müzakirəyə çıxarılacaq. Daha sonra isə Konstitusiya Məhkəməsi layihə ilə bağlı rəy verəcək. Əgər prosedurlar uyğun keçərsə, qanun layihəsi referendum yolu ilə qəbul oluna bilər.

"Hazırda Qırğızıstanda ölüm cəzası qadağandır və hər bir insanın yaşamaq hüququ var. Amma əgər əhalinin əksəriyyəti bu dəyişikliyi dəstəkləyərsə, yenidən seçiləcək Joqorku Keneş (Parlament) beynəlxalq müqavilələrdən çıxmaq və mövcud əmək qanunvericiliyinə və digər qanunlara dəyişiklik etmək üçün zəruri qanunları qəbul etməlidir", - Japarov bildirib. /APA 

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью