Daha çox bilik və bacarıqları yüksək olan şəxslər pedaqoji yönümlü ixtisaslara cəlb olunac…
Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır. Kolleclərdə müəllimlik ixtisası tədricən ləğv ediləcək.
Bunu AzTV-yə müsahibəsində elm və təhsil naziri Emin Əmrullayev bildirib.
Nazirin sözlərinə görə, bu addım müəllimlik peşəsində rəqabətliliyi artıracaq.Bəs, bu, təhsil sisteminə necə təsir edəcək?Mövzu ilə bağlı Demokrat.az-a danışan təhsil eksperti Elçin Əfəndiyev bildirib ki, orta ixtisas təhsili müəssisələrimizdə pedaqoji yönümlü kadr hazırlığı keçirilirdi:“Son 2-3 ildə isə bəzi ixtisaslar orta ixtisas təhsili müəssisələrindən yığışdırılıb.
Bunun da səbəbi məlumdur. Bizim subbakalavr pilləsində deyil, bakalavr pilləsində təhsil almış pedaqoji heyətə ehtiyacımız var.
Hətta gələcəkdə pedaqoji yönümlü ixtisaslar magistratura pilləsini də bitirmiş şəxslərə daha çox müraciət edəcəyik.
Yəni, tədricən daha çox bilik və bacarıqları yüksək olan şəxslər pedaqoji yönümlü ixtisaslara cəlb olunacaqlar.
Orta ixtisas təhsili müəssisələrini bitirən pedaqoji yönümlü ixtisaslar kadr hazırlığı həyata keçirilməsinə imkanın yaradılması dövlətimizin müstəqilliyini bərpa etməsindən sonra baş tutmuşdur.
Çünki həmin dövrlərdə bizdə kadr ehtiyatı az idi. Buna görə də kadr hazırlığının kolleclərdə də keçirilməsinə icazə verilmişdi.
Tam oxu
Xəbəri oxu